reklam
Sportfm.az xəbər saytı

"Keşlə" ilk yoxlama matçında Divizion klubunu məğlub etdi


"Keşlə" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “ASK Arena”-nın əsas meydançasında təşkil olunan qarşılaşma "Keşlə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər.
“Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Komanda Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Keşlə" Almaniya klubuna məğlub oldu
"Keşlə" hazırlığa başladı - FOTO
"Keşlə" "Arsenal"la qarşılaşacaq - hazırlıq prosesi məlum oldu
"Keşlə" Serbiya komandası ilə qarşılaşacaq
"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər