reklam
Qətər klubunun baş məşqçisi
Sportfm.az xəbər saytı

Qətər klubunun baş məşqçisi "Barselona"ya gəlir


“Barselona”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, klubun əfsanəvi futbolçularından olan Xavi Ernandes Ernesto Valverdeni əvəzləyəcək. Kataloniya klubunun rəsmiləri hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi ilə dünən Dohada danışıqlar aparıblar. Ona indi “Barselona”ya gələcəyi halda 2,5 illik müqavilə təklif olunub. Lakin 39 yaşlı mütəxəssis yaya qədər gözləməyi məsləhət bilib. Bu səbəbdən Xaviylə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, “Əl-Sədd” klubunun bu gün yaydığı bəyanatda “Barselona”nın Xaviylə danışıqlar apardığı təsdiq olunub. “Əl-Sədd”in baş direktoru Turki Əli-Əli katalonları rəsmi danışıqlara çağırıb. O, klubun saytında bildirib: “Biz əminik ki, “Barselona” kimi böyük klub belə məsələləri rəsmi kanallar vasitəsi ilə müzakirə etmək üçün yetərincə peşəkarlığa malikdir. Xavinin “Barselona”ya gedəcəyi gözləniləndir. Çünki bu klub onun evidir. Xavi gələcəkdə ora qayıdacaq. Hazırda isə o, “Əl-Sədd”in baş məşqçisidir”.  Xatırladaq ki, “Barselona” klubunun yaxın vaxtlarda, ən geci isə bu mövsümün sonu hazırkı baş məşqçi Ernesto Valverde ilə yolları ayıracağı gözlənilir.

Oxşar xəbərlər

“Əl-Sədd” razılıq verdi - Xavi gedir
Xavi "Barselona"da - RƏSMİ
Xavinin komandası rekord qırdı - 34-cü qələbə
Xavi 6-cı dəfə ən yaxşı oldu - Qətərdə çempionatında
Xavi baş məşqçi təyin edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər