Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İnfantino klublarа limit qoymaq istəyir
FİFA-nın prezidenti Canni İnfantino klublardakı futbolçu sayının azaldılması üçün mübarizə aparacağını bildirib. Sportfm.az xəbər verir ki, onun fikrincə bunun nəticəsində çoxsaylı icarələrin qarşısı alınacaq.
«Buna icazə verilsə də fikrimcə düzgün deyil. Hansısa klubun gənc futbolçuları heyətinə qatması və sonra da digər komandalara icarəyə verməsi yaxşı hal deyil. Biz klubdakı futbolçu sayına limit qoyulması üzərində işləməliyik», - deyə İnfantino qeyd edib.
Hazırda Avropanın top klublarının heyətində çoxlu sayda gənc istedadlar var. Lakin onlar oyun praktikasının azlığına görə digər komandalara göndərilir. "Çelsi"nin rəsmi saytında yazılanlara inansaq klubun 37 futbolçusu icarə əsasında digər komandaların tərkibindədir. "Çelsi"dən başqa "Mançester Siti", "Milan" və "Atalanta"nın heyətində belə futbolçular çoxdur.
Oxşar xəbərlər
İnfantino yeni təklif irəli sürdü
Canni İnfantino "təmizə çıxdı"
FİFA prezidenti istintaq müddətində vəzifəsini icra edəcək
FİFA prezidentindən yeni təklif - 48 komanda
FİFA Canni İnfantino ilə bağlı araşdırmaya başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası