Məşhur rejissor futbolçu haqqında sənədli film çəkəcək -Almaniyada
Almaniya millisinin və “Bavariya”nın sabiq üzvü Bastian Şvaynştayger haqda sənədli film çəkiləcək.
Sportfm.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçi “Bild” nəşrinə açıqlamasında deyib. Şvaynştayger, filmin almaniyalı məşhur rejissor Til Şvayqer tərəfindən çəkiləcəyini bildirib:
“Til Şvayqer mənim yaxın dostum və ən yaxşı alman rejissordur. Özüm haqda film hazırlamaq üçün güvənə biləcəyim tək adam odur”.
Şvaynştayger haqda film ilin sonunda nümayiş olunacaq.
Karyerası ərzində “Bavariya” və “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştaygerin son iş yeri MLS təmsilçisi “Çikaqo Fayr” olub. 35 yaşlı keçmiş yarımmüdafiəçi 121 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.
Oxşar xəbərlər
Portuqaliyalı məşqçi haqda film çəkilib
Poqba ilə bağlı film çəkilir - Müqavilə imzalandı
Dahi futbolçu haqda film çəkilir - "I am Zlatan"
Məhşur futbolçu məşqçi olacaq
Şvaynştayger karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası