reklam
Almeydanın yeni klubu bəlli oldu -
Sportfm.az xəbər saytı

Almeydanın yeni klubu bəlli oldu -RƏSMİ


"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Millimizin futbolçusunun klubunda yeni baş məşqçi
Riçard ərəblərə lazım olmadı - Klubundan ayrılır
Almeyda oynadı, komandası liderə məğlub oldu
Almeyda komandasını yarımfinala daşıdı
Şefer Riçard Almeydanı təriflədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər