reklam
İsa Atayev qol vurdu, millimiz Özbəkistana minimal hesabla qalib gəldi
Sportfm.az xəbər saytı

İsa Atayev qol vurdu, millimiz Özbəkistana minimal hesabla qalib gəldi


DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası bu gün Özbəkistan yığmasıyla ikinci yoldaşlıq görüşünə çıxıb. 

Sportfm.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda ilk oyundan 2:3 hesabıyla məğlub ayrılmışdı. 

Futzalçılarımız bu rəqiblə yenə eyni vaxtda, eyni məkanda qüvvəsini sınayıb. Cavab qarşılaşması daha məhsuldar alınıb və bu dəfə Azərbaycan millisi qələbə qazanan tərəf olub - 4:3. 

Milli yanvarın 13-dən Bakıda başladığı təlim-məşq toplanışını bu ardıcıl matçlardan sonra başa vuraraq yanvarın 24-dən 25-nə keçən gecə elit-raund mərhələsində yer aldığı qrupların matçlarını keçirəcəyi Xorvatiyanın Osiyek şəhərinə yollanacaq. 

20:00. Azərbaycan – Özbəkistan 4:3

Qollar: Vassura, 02:26. Bolinya, 12:07. E.Borges, 15:00. İ.Atayev, 36:32 – İ.Hamroev, 09:49. İ.Ropiyev, 25:25. S.Jorayev, 28:35.

Oxşar xəbərlər

Azərbaycan millisi Belçikaya uduzdu - Yoldaşlıq görüşü
Özbəklərə parket üzərində qalib gələ biləcəyikmi? - Statistika
Millinin oyunlarının hakimləri açıqlandı
Azərbaycan yığmasına 7 azərbaycanlı, 4 braziliyalı və 3 iranlı çağırıldı
Millimiz Özbəkistanla yoxlama oyunları keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər