Bahodir Əhmədov:"Bakıda keçirdiyimiz oyunlardan razı qaldım"
Özbəkistanın futzal millisinin baş məşqçisi Bahodir Əhmədov Azərbaycanla yoxlama matçından sonra açıqlama verib.
Sportfm.az xəbər verir ki, mütəxəssis 3:4 hesablı məğlubiyyəti şərh edib:“Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.
Oxşar xəbərlər
Da Silvanın arqumentləri bitmir: "Əvəzetmələrdən az istifadə etdik”
"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
Millimizi məğlub edən Əhmədov: "Qələbə qazanmağımızda əsas faktor..."
"Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar" Joze Alesio
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası