reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Çexiya klubuna uduzdu


Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bu gün 3-cü yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.

Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən "Qarabağ" "Akademika Kilinçeni" (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, "Jetısu"ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu "Visla" (Plotsk) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 yanvar
12:30. "Qarabağ" - "Siqma" (Çexiya) - 1:3
Musa Qurbanlı, 59

Oxşar xəbərlər

"Qarabağ" qalib gəldi - Yoxlama matçı
"Qarabağ" SSKA-nı məğlub etdi - Yoxlama görüşü
"Visla" Azərbaycan çempionundan güclü oldu
"Qarabağ" Rumıniya klubu ilə sülh bağladı
Qurban Qurbanovun oğlu qol vurdu, millimiz qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər