Bu gün AFFA rəhbərliyində seçki keçiriləcək
Bu gün AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə seçki keçiriləcək.
Sportfm.az xəbər verir ki, AFFA nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev növbəti konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Zaur Axundov – “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
Oxşar xəbərlər
Yeni İcraiyyə Komitəsinin tərkibi açıqlandı
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinin üzvü oldu
Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinə namizəd oldu
Zaur Axundovun namizədliyi irəli sürüldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası