reklam
Yığmamız təlim-məşq toplanışına start verdi
Sportfm.az xəbər saytı

Yığmamız təlim-məşq toplanışına start verdi


Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.

Sportfm.az xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.

Oxşar xəbərlər

Güləşçilərimiz üçün DÇ öncəsi növbəti toplanış
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz hazırlıqlara başladı - Dünya çempionatı
Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
Romadakı yarışa Bakıda hazırlıq başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər