Ronaldonu izləyənlərin sayı 200 milyona çatdı
“Yuventus” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo öz rekordlarına daha birini əlavə edib.
Sportfm.az xəbər verir ki, futbolçunun “Instagram” səhifəsindəki izləyicilərinin sayı 200 milyonu ötüb. O, “Instagram”da izləyicilərinin sayı 200 milyona çatan ilk şəxs olub. Hazırda onun bu səhifədəki izləyicilərinin sayı 200,3 milyon nəfərdir. Futbolçunun bu barədə şəxsi səhifəsində yerləşdirdiyi videogörüntülü paylaşıma 14 saat ərzində 11,8 milyon nəfər baxıb.
“Forbes” nəşrinə görə, “Instagram” səhifəsindəki paylaşımları 34 yaşlı futbolçuya ildə orta hesabla 47,8 milyon dollar qazandırır.
Dünyada təxminən 1 milyard insanın istifadə etdiyi “Instagram”da ən çox izləyici sayına görə sonrakı yerləri amerikalı müğənni Ariana Qrande (173 milyon), aktyor Dueyn Conson (“The Rock, 170 milyon), müğənni Selena Qomes (167 milyon) tuturlar.
Oxşar xəbərlər
Ronaldo "Instagram"da rekorda imza atdı - İlk dəfə...
Ronaldodan yeni rekord - 250 milyonu keçdi
Sosial mediada liderliyi əldən vermir
Ronaldu daha bir rekorda imza atdı - 150 milyondan çox izləyicisi oldu
Ronaldo Selena Qomesi geridə qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası