Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi -FOTO
Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.
“Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb
Oxşar xəbərlər
Kiyev "Dinamo"sunun yetirməsi "Qəbələ"də - TRANSFER
“Qəbələ” heyətini Rodriqo ilə gücləndirdi - FOTO
PSJ-nin yetirməsi “Qəbələ”də - RƏSMİ
"Sumqayıt"dan ayrılan futbolçu "Qəbələ"də
"Qəbələ" yeni transferini açıqladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası