Toplanış davam edir
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, yığmamız hazırlığı Abşeron Olimpiya İdman Kompleksində keçir.
Kişilərdən ibarət millinin baş məşqçisi Umberto Orta Dominqesin rəhbərliyi altında reallaşan məşqlərdə 20 boksçu iştirak edir. Tailanddakı təlim-məşq toplanışından sonra əsas diqqət taktiki-texniki və fiziki hazırlığa yönəlib.
Qadınlardan ibarət komandamız isə 8 boksçu ilə məşq edir. Baş məşqçi Elbrus Rzayev də yetirmələrinə əsasən funksional hazırlıq keçir.
Hər iki yığma gündə 2 dəfə – səhər və axşam məşq edir.
Qeyd edək ki, təlim-məşq toplanışı Tokio-2020-yə lisenziya xarakteri daşıyan Olimpiya Təsnifat Turnirlərinə hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
Boksçularımız İtaliyada hazırlaşır - Tokio-2020
Millimiz İtaliyaya yollanır - Olimpiadaya hazırlıq üçün
Olimpiya kompleksi də işə yaradı - hazırlıq başladı
Boksçularımız Tailanda yola düşdü
Yığmamız yeni baş məşqçi ilə hazırlığa başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası