reklam
Rəqibimiz itki ilə üzləşdi
Sportfm.az xəbər saytı

Rəqibimiz itki ilə üzləşdi


Qadın voleybolçular arasında Polşa Orlenliqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində "Ximik” "Developres SkyRes” klubunun qonağı olub. Qarşılaşa ev sahibləri üçün heç də yaxşı alınmayıb. Qonaqlar tay-brekdə qələbə qazanıblar – 3:2 (26:24, 25:16, 23:25, 21:25, 15:12). Bu xal itkisindən sonra "Ximik” ikinci pillədə qərarlaşıb. Onlar 12 xala malik və lider olan "Lodz”dan 1 xal geri qalırlar.
Qeyd edək ki, "Ximik” Çempionlar Liqasının qrup mərhələsində "Telekom”un rəqibidi. Komandalar arasında ilk görüş yanvarda Azərbaycanda, bir ay sonra Polşada olacaq.

Oxşar xəbərlər

Basketbolçumuz 42 xal topladı
Çempionlar Liqası: ikisi tamam, ikisi davam
“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir
Azərbaycan klubu üçün 7 yeni voleybolçu
Klublarımızın Çempionlar Liqasında oyunlarının təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər