reklam
Türk futbolçu niyə milli komandamızın düşərgəsinə qoşulmayıb?
Sportfm.az xəbər saytı

Türk futbolçu niyə milli komandamızın düşərgəsinə qoşulmayıb?


Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Şimali İrlandiya ilə oyun üçün bu gün Belfasta yollanıb. Sportfm.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi futbolçulardan biri hələ də millimizin düşərgəsinə qoşulmayıb.
Bu, Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazdır. O, şəxsi işləri ilə əlaqədar komandamıza Belfastda qoşulacağını deyib. Əldə etdiyimiz məlumata görə, türkiyəli futbolçu millimizin düşərgəsinə sabah qoşulacaq.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-də keçiriləcək.

Oxşar xəbərlər

Millimizin oyunları bu stadionda keçiriləcək
Azərbaycan - Şimali İrlandiya oyunu harada keçiriləcək?
Milli komandamızın kapitanı məlum oldu
Millimizdə ciddi itki
"Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər