reklam
Sportfm.az xəbər saytı

"Fasilədən sonra ilk oyun çətin olur” -Tərlan Əhmədov


"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım".

Sportfm.az xəbər verir ki, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı zədələnmiş Ruslan Qurbanovun oynamamasını komandası üçün böyük itki sayıb.

"Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm", - deyə Əhmədov fikirlərini tamamlayıb.

Oxşar xəbərlər

"Fasilədən sonra çox fədakarlıq göstərməli olduq” - Samir Abasov
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev
"Səhvlərin üzərində işləməliyik" - Tərlan Əhmədov
Tərlan Əhmədov:"Komandanın oyunundan çox razı qaldım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər