100 milyon dollarlıq təklifi rədd etdi
UFC üzrə son çempion Həbib Nurməhəmmədov qalmaqallı addım atıb.
Sportfm.az xəbər verir ki, Səudiyə Ərəbistandan Dağıstan əsilli rusiyalı döyüşçüyə irlandiyalı idmançı Konor Makqreqorla revanş qarşılaşmasına sözügedən ölkədə çıxması üçün 100 milyon dollarlıq təklif gəlib. Lakin Həbib bundan imtina edib. 31 yaşlı idmançı fikirlərini bu cür açıqlayıb:
"Elə bir pula nəyə görə ehtiyacım olsun? O qədər təşkilat var ki... Məsələn, görmə qüsuru olan şəxslər üçün futbol, sambo və digər idman yarışları təşkil edilir. UFC bu qədər pulla nə edəcəyini bilmirsə, onlara versin. O axmağı təkrar döymək üçün mənə 100 milyon dollar vermək heç də məntiqli deyil".
Xatırladaq ki, Həbib 18 apreldə Toni Ferqüsonla qarşılaşacaq. O bu qarşılaşmanın qalibi olduğu halda Makqreqor ilə döyüşə çıxa bilər. Ancaq idmançının Səudiyyə Ərəbistanın təklifini rədd etməsi onun Konorla qarşılaşmaq istəməməsi kimi də qələmə verilir.
Qeyd edək ki, Həbib və Konor arasında 2018-ci ildə döyüş keçirilib və rusiyalı döyüşçü qalib gəlib.
Oxşar xəbərlər
Həbiblə Makqreqor arasında revanş baş tutmayacaq - "Makqreqor şansını gözləməlidir"
Nurməhəmmədov Makqreqorla döyüş barədə qərar qəbul etdi
Həbib revanş görüşü istəmir!
Nurməhəmmədovun potensial rəqibləri məlum oldu
Həbib - Makqreqor döyüşündə yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası