reklam
Ronaldodan yeni rekord
Sportfm.az xəbər saytı

Ronaldodan yeni rekord


İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “Verona”ya 1:2 hesabı ilə məğlub olan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, portuqaliyalı futbolçu “qoca sinyora”nın yeganə qolunun müəllifi olub. Bununla da, Ronaldo A Seriyasında ardıcıl 10 oyunda qol vurmağı bacaran ilk futbolçu olub.

35 yaşlı hücumçu, “Real”da oynayanda da eyni uğura imza atmışdı. O, İspaniya La Liqasında ardıcıl 10 oyunda fərqlənməyi bacarmışdı. Bununla da, Ronaldo Avropanın TOP-5 liqalarının ikisində ardıcıl 10 oyunda qol vuran ilk futbolçu olub.

Oxşar xəbərlər

Ronaldodan yeni rekord - 750-yə çatdı,
Ronaldo Rui Kostanı geridə qoydu - Rekord yenilədi
Levandovski yeni rekord müəyyənləşdirdi
35 yaşlı hücumçudan yeni rekord - Batistutanın bir addımlığında
İtalyanlara qol vurdu, rekorda sahib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər