Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Sportfm.az Cüdo federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər. Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur. Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, İlqar Müşkiyev 13, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.
Oxşar xəbərlər
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlandı
Rüstəm Orucov liderliyini davam etdirir
Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Cüdoçularımız dünya reytinqində liderliyini qorudu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası