reklam
İtaliya futbolunda VAR-a dəyişiklik ediləcək
Sportfm.az xəbər saytı

İtaliya futbolunda VAR-a dəyişiklik ediləcək


İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sistemi ilə bağlı dəyişikliyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, federasiya çoxsaylı müraciətləri nəzərə alaraq, sistemin daha da təkmilləşdirilməsini istəyir.

Gələcəkdə A Seriyası təmsilçilərinə hər hansı mübahisəli epizod zamanı videotəkrarın yenidən araşdırılmasını tələb etmək icazəsi verilə bilər. Ancaq bu imkandan oyun ərzində yalnız bir dəfə yararlanmaq mümkün olacaq. 

Federasiya rəhbərliyi ümid edir ki, bu dəyişiklik meydandakı komandalar arasında hər hansı mübahisəli məqamla bağlı fikir ayrılıqlarını həll edə və çempionatın imicini yaxşılaşdıra bilər. 

Qurumun artıq bu dəyişikliyi sınaqdan keçirmək üçün FİFA-dan qeyri-rəsmi icazə aldığı qeyd olunur.

Oxşar xəbərlər

FIFA futbolda yeni dəyişiklik edəcək
Ölkə kubokunda 6 əvəzetmə olacaq
Futbolçu dəyişikliyi 3-dən 5-ə qaldırılır
İngiltərə futbolunda videotəkrar sistemindən istifadə olunacaq vaxt açıqlandı
“Atletiko”nun matçında videotəkrar sınaqdan keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər