reklam
UEFA-dan yeni mükafat -
Sportfm.az xəbər saytı

UEFA-dan yeni mükafat -Ən yaxşı oyunçu


UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu üçün mükafat təsis edib.

Sportfm.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Mükafat bu il ÇL-in 1/8 final mərhələsindən başlamaqla veriləcək.

Laureatları matçlarda iştirak edən UEFA-nın texniki müşahidəçiləri müəyyən edəcək. Müşahidəçilər kimi İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt, Belçika miliisinin baş məşqçisi Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya millisinin sabiq hücumçusu Robbi Kin, “Real”ın sabiq müdafiəçisi Aytor Karanka, İrlandiya millisinin sabiq qapıçısı Pgki Bonner, İspaniya U-17 və U-19 millisinə Avropa çempionluğunu qazandıran Xines Melendes, avstriyalı məşqçi Villi Ruttenştayner daxildir.
Matçın ən yaxşı futbolçusu mükafatını (şəkildəki) oyundan dərhal sonra alacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlar sabah keçiriləcək.

Oxşar xəbərlər

Benzema Avropada ən yaxşıdır
Final mərhələlərində ən çox qol vuran futbolçular - SİYAHI
Erik Kantona mükafatlandırıldı - FOTO
"Bakıda möhtəşəm final oyununu qaçırmayın" - Luiş Fiqu
DÇ-2018-də 64 futbolçuya veriləcək mükafat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər