reklam
Cavid Hüseynova növbəti ağır cəza
Sportfm.az xəbər saytı

Cavid Hüseynova növbəti ağır cəza


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, Premyer Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XVII turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 21 nömrəli futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Premyer Liqanın XVII turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; 

Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klub 800 manat cərimə olunur.

Oxşar xəbərlər

AFFA İntizam Komitəsinin yeni qərarları
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
AFFA İntizam Komitəsinin qərarları - Klublar cərmələndi
Ramazanova cəza verildi
"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər