reklam
Bakıda keçiriləcək dünya çempionatında 33 ölkə iştirak edəcək
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək dünya çempionatında 33 ölkə iştirak edəcək


Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2020-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə dünya çempionatıdır.

Sportfm.az xəbər verir ki, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarış mayın 14-16-da keçiriləcək.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq ötən il təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Yarışın ilkin siyahısına əsasən çempionatda 33 ölkədən 453 gimnastın mübarizə aparacağı gözlənilir. İştirakçıların adlarının açıqlanacağı siyahı isə yarışdan bir ay öncə dərc olunacaq.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Oxşar xəbərlər

Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Azərbaycan ilk dəfə - Dünya çempionatına ev sahibliyi edəcək
Bakıda Avropa çempionatında qruplar arasında finalçılar məlum oldu
"Aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir" - Marian Kolev
Aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər