Azərbaycanlı futbolçuya viza verilmir! -Problem
“Trans-Narva”ya keçən azərbaycanlı futbolçu Nurlan Novruzov bu ölkənin martın 1-də keçirilməli olan Estoniyanın Superkubok matçında son çempion “Flora”ya qarşı oynamaya bilər.
Sportfm.az xəbər verir ki, buna səbəb N.Novruzovun işçi vizası ala bilməməsidir.
Narva klubunun prezidenti Nikolay Burdakov bu barədə açıqlama verib:
“Biz hələ ona işçi vizası ala bilməmişik. Onun alınması üçün bütün lazımi sənədləri vermişik, amma bu barədə qərar hələ verilməyib. Gözləyirik. Novruzovun özü indi Rusiyadadır.
Oxşar situasiya bizim digər iki legionerimizlə də bağlı yaranıb. Onlar “Flora”ya qarşı dəqiq oynamayacaqlar. Ancaq işçi vizası almağı çatdırsaq, Novruzov oynaya bilər”.
Nurlan Novruzov fevralın 21-də baxışdan uğurla keçərək “Trans”la müqavilə bağlayıb.
Oxşar xəbərlər
Azərbaycanlı oyunçu klubsuz qaldı
Novruzovun komandası məğlubiyyətə üzüldü - 0:1
Novruzovun yoxluğu komandasına mənfi təsir etdi
Nurlan Novruzov əvəzləndi, komandası bir xala sevindi
Nurlan Novruzov sona qədər meydanda oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası