reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan mövsümün rekordu


"Qarabağ” mövsümün yeni rekorduna müəyyənləşdirib. 

Sportfm.az xəbər verir ki, "Köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun "Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə "çərçivəsini” toxunulmaz saxlayıb.

 

"Səbail” (1:0), "Neftçi” (0:0), "Zirə” (6:0) və "Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib "Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla, "Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.


Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, son dəfə dekabrın 6-da "Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində qol "yeyib".

 

Oxşar xəbərlər

"Sabah"dan yeni rekord
“Qarabağ”ın tarixində 3-cü
"Qarabağ"ın qapıçısı İFFHS-in siyahısında
"Qarabağ"ın qapıçısı 500-ü arxada qoydu
“Qarabağ”dan mövsümün rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər