Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldinyo həbs ediləcək -Paraqvay prokuroru qərar verdi
Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.
Sportfm.az AS nəşrinə istinadən xəbər verir ki, Paraqvay prokuroru saxta sənədlərlə ölkəyə girməkdə şübhəli bilinən 40 yaşlı sabiq yarımmüdafiəçinin həbsinə qərar verib.
Hazırda o qardaşı ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz bir sağlamlıq proqramı təqdim etmək üçün gedib. Daxili işlər nazirinin sözlərinə görə, prokuror keçmiş oyunçunun həbsini başa çatdırmalıdır.
Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Fransanın PSJ və İtaliyanın “Milan” kimi tanınmış klubların da formasını geyinib.
Oxşar xəbərlər
Ronaldinyo azadlığa buraxıldı
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo azadlığa buraxılmadı
Ronaldinyo yenidən polis məntəqəsində - FOTO
Ronaldinyo sərbəst buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası