reklam
Cennaro Qattuzo ilə bağlı qərar verildi
Sportfm.az xəbər saytı

Cennaro Qattuzo ilə bağlı qərar verildi


İtaliyanın “Napoli” klubu baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərarını verib.

Sportfm.az xəbər verir ki, klub 42 yaşlı mütəxəssislə müqavilənin müddətini artırmaq niyyətindədir. Klub prezidenti Aurelio de Laurentisin mütəxəssislə görüş keçirdiyi və yeni müqavilənin imzalanması ilə bağlı müzakirələrin aparıldığı bildirilir. Laurentisin Qattuzonu dəstəklədiyi və yaxın müddətdə yeni müqavilənin detalları ilə bağlı danışıqların başlayacağı deyilir.

Qattuzonun Neapol klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Müqavilədə sözləşməni daha bir il müddətinə uzatmaq bəndi var. Komanda bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilə avtomatik yenilənəcək.

Oxşar xəbərlər

Cennaro Qattuzo yeni klubda - Müqavilənin şərtləri açıqlanmayıb
Qattuzo "Napoli"dən getdi - RƏSMİ
Ter Ştegenlə bağlı qərar verildi - "Barselona"da qalır
Premyer Liqa klubu onunla bağlı qərarını verdi
Qattuzonun "Milan"dakı taleyinə aydınlıq gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər