Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İtaliyalı hakim faciəli şəkildə öldü
İtaliyalı futbol hakimi Antonio Martinyello qatarın təkərləri altına düşərək faciəli şəkildə həlak olub.
Sportfm.az xəbər verir ki, hadisə İtaliyanın şərqindəki Porto-Potensa-Piçena adlı kənddə baş verib. Martinyello keçmiş sevgilisini təqib etmək ittihamına görə ev həbsində olub. O, elektron qolbağı taxmalı olduğu halda, qaydanı pozub.
Polis dərhal hadisə yerinə gələrək hakimi tutmağa çalışıb. Amma o, evdən qaçmağı bacarıb. Sonra isə bədbəxt hadisə yaşanıb.
Qeyd edək ki, ötən ay adıçəkilən referi Regionlar liqasının matçında qapıçını kəllə ilə vurduğu üçün futboldan uzaqlaşdırılmışdı.
Oxşar xəbərlər
Veteran futbolçumuz faciəli şəkildə dünyasını dəyişdi - Hadisə
İspaniya klubunun futbolçusu faciəvi şəkildə öldü
Hakim qapıçını tuneldə döydü - FOTO
Azarkeş oyunun ehtiyat hakiminə çevrildi
Dünya çempionu faciəli şəkildə dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası