Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mövsümün rekordu qeydə alındı
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb.
Sportfm.az xəbər verir ki, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, 20-ci turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub.
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən 18-ci turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.
Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Premyer Liqada mövsümün rekordu
"Neftçi"dən son 10 ilin rekordu - Premyer Liqa
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
"Qarabağ" - "Keşlə" matçında rekord qeydə alındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası