reklam
Messi Ronaldinyonu yalnız qoymayacaq -
Sportfm.az xəbər saytı

Messi Ronaldinyonu yalnız qoymayacaq -Nümunəvi addım


"Barselona"nın futbolçusu Lionel Messi hazırda həbsdə olan sabiq komanda yoldaşı Ronaldinyoya kömək edəcək.

Sportfm.az xəbər verir ki, argentinalı Braziliya millisinin sabiq üzvü və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub. Messinin Ronaldinyonun zaminə buraxılmasına görə 4 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Messinin "Barselona"dakı ilk rəsmi qolunun ötürməsini məhz Ronaldinyo verib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.

Oxşar xəbərlər

Ronaldinyo azadlığa buraxıldı
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo azadlığa buraxılmadı
Ronaldinyo 6 aylıq həbsə məhkum edildi - QƏRAR
Ronaldinyo sərbəst buraxıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər