reklam
Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı
Sportfm.az xəbər saytı

Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı


Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.

Sportfm.az xəbər verir ki, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Dünya Kuboku martın 12-də start götürüb. İlk iki gündə təsnifat yarışları keçirilib.

Oxşar xəbərlər

Bakıda keçirilməli olan dünya kuboku ləğv olundu - Koronavirusa görə
Bakıdakı Dünya Kuboku ləğv edildi - Koronavirusa görə
Bakıda keçiriləcək Dünya Çempionatı ləğv edildi
Voleybol çempionatları yenidən təxirə salındı
Gimnastlar Bakıya gələsi olmadı - Təhlükə var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər