Millətlər Liqasının taleyi necə olacaq? -UEFA rəsmi açıqlama verəcək
UEFA Millətlər Liqasının payızda start götürməsi nəzərdə tutulan 2020/21 mövsümünün koronavirus pandemiyası səbəbindən təxirə salınması gündəmə gəlib.
Sportfm.az qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin matçlarını gələn il təşkil etməyi planlaşdırır.
UEFA eyni zamanda 2020-ci ildə milli komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini - Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdı. Bu rəsmiləşərsə, növbəti ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.
Məsələ UEFA-nın bu gün keçiriləcək videomüşavirəsi zamanı müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla birlikdə C liqasının I qrupunda qərarlaşıb.
Oxşar xəbərlər
Millətlər Liqasının yeni təqvimi məlum oldu
Millimizin oyunları azarkeşsiz keçiriləcək
Millətlər Liqası təxirə salınır - Koronavirusa görə
Milli komandalar futbol oynamayacaq
Millətlər Liqasında yeni mövsümün təqvimi – UEFA açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası