reklam
Milli komandamızın Türkiyə ilə oyunu ləğv edildi
Sportfm.az xəbər saytı

Milli komandamızın Türkiyə ilə oyunu ləğv edildi


Mayın 26-da Alanya şəhərində Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib.

Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış quruma üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qərara əsasən, UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunub.

Oxşar xəbərlər

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi
Rusiya millisinin oyunu ləğv edildi - Terror aktına görə
Milli komandalar futbol oynamayacaq
İtaliyanın qarşılaşması ləğv olundu
Millimizin yoldaşlıq görüşləri ləğv olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər