reklam
Tovuz klubu azarkeşlərinə görə cəzalandı
Sportfm.az xəbər saytı

Tovuz klubu azarkeşlərinə görə cəzalandı


AFFA-nın İntizam Komitəsi futbol üzrə 1-ci divizion matçlarında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Sportfm.az xəbər verir ki, "Turan Tovuz” klubu azarkeşlərinin etdiyi hərəkətə görə cəzalanıb.  
12 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Səbail” – "Zaqatala” matçında "Zaqatala” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).  
12 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Ağsu” – "Rəvan” matçının 77-ci dəqiqəsində "Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub  (maddə 37.1).  
13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun  MOİK – "Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48). Oyunun 3-cü dəqiqəsində "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub (maddə 52).  
13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Qaradağ Lökbatan” – "Mil-Muğan” matçının 82-ci dəqiqəsində "Mil-Muğan” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).  Oyunun 40-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 80 manat cərimə olunub (maddə 62).  
13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Göyəzən” – "Bakılı” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).  
14 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Şərurspor” – "Şahdağ” matçının 90+2-ci dəqiqəsində "Şahdağ” klubunun 9 №-li futbolçusu Ramin Mansurov və "Şərurspor” klubunun 13 №-li futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub (maddə 42.1).

Oxşar xəbərlər

“Neftçi” yenə cərimə olundu
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
"İnter"in əvəzediciləri klubu ziyana saldı
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər