Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nizami Hacıyev:"Futbolçunu götürüb harasa aparmaq onlara ucuz başa gəlməyəcək"
"İnter"in kapitanı Nizami Hacıyev də "bankirlər"in 4 futbolçusu - Səlahət Ağayev, Tərlan Quliyev, Ruslan Abışov və Ağabala Ramazanovun "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbol11.az saytına açıqlama verən təcrübəli yarımmüdafiəçi bunun qış fasiləsində reallaşmayacağını söyləyib.
"Bu məsələ çox müzakirə olunur. Mən sözü heç vaxt boşuna demirəm. Futbolçuların klubla yaya qədər müqaviləsi var. Birdən kimsə məsələni rəhbərlik səviyyəsində həll etsə belə, buna imkan vermərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətim var. Mənə inanırlar. Desəm ki, futbolçular qışda heç yerə getməsinlər, onlar buraxmayacaq. Sizin vasitənizlə deyirəm ki, qışda futbolçuların getməyi mümkün deyil. Müqavilənin müddətdi başa çatandan sonra bu, oyunçuların öz işidi. Futbolçuların hər birini yaxından tanıyıram. Heç kim yarıyolda qoyan deyillər. "İnter"i dağıtmaq istəyənin planı alt-üst olub. Buna qədər "Neftçi" niyə futbolçularımızı götürmürdü? Baş məşqçi futbolçulara sərbəstlik verir, uşaqlar da açılışılar. Ağabala Ramazanov, Ruslan Abışov, Tərlan Quliyev və Səlahət Ağayev əsas heyət üzvləridir və hər kluba lazımlı futbolçulardı. Amma kiminləsə məsləhətləşib, futbolçunu götürüb harasa aparmaq onlara ucuz başa gəlməyəcək. Mümkün deyil. Qarşı tərəf "İnter"i maliyyə şərtləri ilə razı salsa belə, heç bir futbolçu getmək barədə düşünmür" - deyə, komandanın kapitanı bildirib.
Oxşar xəbərlər
Ağayev "Neftçi"də ilinə nə qədər qazanacaq?
Nizami Hacıyev:"Onlara futbol maraqlı deyil"
"İnter" iki top fərqiylə öndə - YENİLƏNİB
"İnter" "Qarabağ"a qalib gəldi - VİDEO
"Qəbələ"ni daha bir futbolçu tərk etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası