Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi Argentina millisinin boykot qərarını elan etdi -VİDEO
Argentina millisinin futbolçuları KİV nümayəndələriylə ünsiyyət saxlamamaq haqda qərar qəbul ediblər. Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komandanın kapitanı Lionel Messi məlumat verib.
DÇ-2018-in seçmə mərhələsində ötən gecə Kolumbiyaya qalib gələn (3:0) Argentina millisinin üzvləri Messi başda olmaqla jurnalistlərin qarşısına çıxıblar və qərarı elan ediblər. Yığma komandanın bu cür addım atmasına səbəb isə Esekiel Lavessi haqda yazılanlardı.
"Radio Mitre"nin jurnalisti Qabriyel Anelyo bir neçə gün öncə bildirmişdi ki, Lavessi Argentina millisinin məşq düşərgəsində marixuana çəkib.
Messi qeyd edib ki, məhz bu ittihama görə KİV-i boykot ediblər.
Oxşar xəbərlər
Lionel Messi millinin oyununda zədələndi
Messi yeni rekorda imza atdı
Maradona: "Messi lider olmaq istəmir"
Argentina millisində daha 2 ulduz "söndü"
Messi Argentina millisindən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası