"Mövsümü ləğv etmək haqsızlıq olardı" -Qabriel Qravin
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasısının bərpası ilə bağlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib.
O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı bunları söyləyib: "Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq".
Qravin neytral ərazidə oynamağın yaxşı qərar olmadığını sözlərinə əlavə edib "Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, qəddar bir haqsızlıq olardı. İnanıram ki, hətta "Juventus" da bu qərara qarşı çıxacaq".
Oxşar xəbərlər
Azarkeşlərə "yaşıl işıq" - A Seriyası
Mövsüm iyunun 13-də bərpa oluna bilər - Amma...
“Bu, İtaliya futbolunun ölümü deməkdir” - Federasiya prezidenti
Ölkə çempionatının bitmə tarixi məlum oldu
Son qərarı Futbol Federasiyası verəcək - Çempionat keçirilsinmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası