Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatının yeni vaxtı açıqlandı
Yüngül atletika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Yüngül Atletika Federasiyasının (World Athletics) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, yarış 15-24 iyul tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, dünya çempionatı 2021-ci ilin yayında ABŞ-ın Oreqon ştatında olmalı idi. Amma Beynəlxalq Olimpiya Komitəsinin koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarını növbəti ilə təxirə salması bu turnirin təşkilinə mane olub.
Xatırladaq ki, yüngül atletika üzrə dünya çempionatı 2 ildən bir keçirilir.
Oxşar xəbərlər
Dünya çempionatı təxirə salındı - Atletika üzrə
Dünya çempionatının vaxtı dəyişdirildi
Afrika qitəsindəki dünya çempionatı təxirə salındı
Atletika üzrə dünya çempionatı təxirə salındı
Olimpiadanın keçirələcəyi tarix müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası