reklam
Azərbaycan çempionatı avqustda başlayacaq
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatı avqustda başlayacaq


Ümumdünya Atletikası milli federasiyalara koronavirusa görə təxirə salınmış yerli çempionatları 8-9 avqustda keçirməyi məsləhət görüb. 

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Ali atletika qurumunun prezidenti Sebastyan Kou gecikmiş mövsümü avqust - oktyabrda açıq havada keçirməyə çalışacaqlarını bildirib: "Ümid edirik ki, avqustun əvvəlində Şimal yarımkürəsinin bir çox ölkəsində milli çempionatlar başlayacaq. Ölkələr arasında sərhədlərə qoyulan məhdudiyyətlər bu yarışlara təsir göstərməz".

2021-ci il üçün atletika yarışlarının ümumi təqvimində milli çempionatların keçirilməsi üçün iki pəncərə planlaşdırılır: 5-6 iyun və 26-27 iyun.

Qeyd edək ki, 11-12 apreldə Qusar şəhərində kross qaçışı üzrə Azərbaycan çempionatı, 12-13 iyunda isə Bakıda atletika üzrə Azərbaycan çempionatının keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Dünya çempionatı təxirə salındı - Atletika üzrə
Afrika qitəsindəki dünya çempionatı təxirə salındı
Atletika üzrə dünya çempionatı təxirə salındı
Dəqiqləşdi - Avropa Çempionatı keçirilməyəcək
Dünya birinciliyi təxirə salındı - Koronavirusa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər