reklam
Robinyo Türkiyədən gedir -
Sportfm.az xəbər saytı

Robinyo Türkiyədən gedir -Braziliyaya qayıdır


Mövsümün sonunda "Başakşəhər"lə müqaviləsi başa çatacaq Robinyo karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

Sportfm.az xəbər verir ki, 36 yaşlı vinger "Santos"a keçməyə razılıq verib. Klub prezidenti Karlos Peres təcrübəli oyunçu ilə anlaşdıqlarını deyib: 

"Robinyo "Santos"un övladıdır. Ona hər zaman klubumuzda yer var. O, geri dönmək arzusundadır. Biz də onu klubumuzda görmək istəyirik. Robinyoya borcumuz var. Bunu agenti ilə də danışıb, hesablamışıq. Bu transferi heç nə saxlaya bilməz". 

Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq. 

Qeyd edək ki, Braziliya millisinin keçmiş futbolçusu "Santos"un yetirməsidir.

Oxşar xəbərlər

Robinyonun iddiası rədd edildi - Həbs cəzası təsdiqləndi
Robinyonun yeni klubu bilindi - Ayda 271 dollar alacaq
Robinyo çempion olmaq istəyindən danışdı
"Başakşəhər"dən super transfer
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər