reklam
Mbappe İspaniya klubuna keçirdi -
Sportfm.az xəbər saytı

Mbappe İspaniya klubuna keçirdi -Koronavirus mane oldu


Fransa millisi keçmiş yarımmüdafiəçisi Jerom Roten PSJ-nin hücumçusu Kilian Mbappenin koronavirus pandemiyasına görə "Real"a transferinin baş tutmadığını açıqlayıb.

Sportfm.az xəbər verir ki, "Monako" və PSJ kimi klublarda oynamış keçmiş futbolçu tərəflərin hətta anlaşdığını bildirib: 

"Kluba yaxın olan mənbələrinmə istinadən söyləyə bilərəm ki, Mbappe "Real"la anlaşmışdı. Ancaq koronavirusa görə transferin gerçəkləşməyəcək. Kilianın PSJ ilə müqaviləsi 2022-ci ildə bitəcək. Onun parislilərlə müqaviləni yeniləcəyi gözlənilmir". 

Jerom Roten Antuan Qrizzmanın "Atletiko"da çıxış edərkən "Barselona"ya keçəcəyini öncədən açıqlamışdı. 

PSJ Mbappeni 2017-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi. 21 yaşlı futbolçu bu mövsüm 33 oyunda 30 qol vurub.

Oxşar xəbərlər

Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
Mbappenin qiyməti açıqlandı - 200 milyon
"Real"dan Mbappe üçün fantastik məbləğ
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"
Futbol tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər