“Tottenhem” qərarını dəyişdi
İngiltərənin “Tottenhem” klubu koronavirus pandemiyasına görə tətilə göndərdiyi işçiləri ilə bağlı qərarını dəyişib.
Sportfm.az xəbər verir ki, London təmsilçisi bir müddət öncə açıqladığı qərarda həmin işçilərin maaşlarının dövlət tərəfindən alacağını açıqlamışdı.
Lakin klub rəhbərliyi bu gün həmin qərarını dəyişdiyini açıqlayıb. “Tottenhem”in rəsmi saytının yaydığı məlumata görə, rəhbərlikdə çalışanlar istisna olmaqla, qalan bütün işçilər aprel və may ayları üçün bütün maaşlarını klub tərəfindən alacaqlar.
Xatırladaq ki, Premyer Liqada daha öncə “Nyukasl”, “Bornmut”, “Norviç Siti” və “Liverpul” klubları da oxşar qərarlar çıxarmışdı. Lakin “Liverpul” fanatlarının və klubun sabiq futbolçularının ciddi etirazları nəticəsində bütün işçilərin maaşının ödəniləcəyi açıqlanmışdı. “Tottenhem” də məhz oxşar etirazlar nəticəsində bu qərarında dəyişiklik etdiyini gizlətməyib.
Oxşar xəbərlər
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Klub 175 milyonluq borca girdi
Premyer Liqa klubu maaşları ödəməli olacaq
Daha bir klub maaşları azaldır
Premyer Liqanın ən reytinqli məşqçiləri - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası