Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-dan klublara sanksiya xəbərdarlığı
AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək. Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.
Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
Oxşar xəbərlər
AFFA-dan növbəti uzaqlaşdırma qərarı
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
İki oyunçu danışılmış oyunlara görə futboldan kənarlaşdırıldı
AFFA-dan danışılmış oyunlarla bağlı adları açıqlananlardan bəziləri bağışlandı - SİYAHI
AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası