reklam
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
Sportfm.az xəbər saytı

Ən yaxşı qolun müəllifi mükafatlandırıldı


Peşəkar Futbol Liqasının layihəsi olan "I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırıldı. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçildi.
Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən "Zaqatala” – "Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim etdi.

Oxşar xəbərlər

Ən gözəl qolun müəllifi mükafatlandırıldı - VİDEO
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı - Azərbaycanda
Birinci Divizionun ən yaxşı qolu seçildi
Oktyabr ayının ən yaxşı qolu müəyyənləşdi - VİDEO
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər