İbrahimoviç "Milan"a şərt qoydu
Zlatan İbrahimoviç növbəti mövsümü də "Milan"da keçirməyə hazırdı.
Sportfm.az xəbər verir ki, "Milan" Çempionlar Liqasında mübarizə aparmaq üçün heyətini gücləndirsə, İbrahimoviç komandada qalacaq. İsveçli futbolçu 2013-14 mövsümündən bəri ÇL-dən uzaq düşən "qırmızı-qaralar"ı yenidən "Avropanın ən böyük arenası"na qaytarmağı və yalnız bundan sonra "müsbət notlar"la ayrılmağı planlaşdırır.
Müqavilənin maliyyə məsələləri Zlatan üçün prioritet deyil. O, ilk növbədə, "Milan"ın genişmiqyaslı transfer kampaniyası aparmasını istəyir.
Cari mövsümdə aktivində 36 xalı olan Milan təmsilçisi İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 12 xal geri qalır.
Oxşar xəbərlər
İbrahimoviçdən yeni rekord
İbrahimoviç A Seriyasında qaldı - "Milan" onu buraxmadı
"İbra" yarımadaya geri döndü - FOTO
İbrahimoviç öz həmyerlisini "Milan"ın tarixindən sildi
"Milan"dan İbrahimoviç açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası