Kamil Zeynallı "Neftçi" ilə birlikdə -Aksiyada
Nəhayət, dünən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan dövlətinin başlatdığı "Biz birlikdə güclüyük” çağırışına "Neftçi" də qoşulub.
Sportfm.az xəbər verir ki, klub əməkdaşları və komanda üzvləri Bakıdakı "Qadın və uşaq sığınma evi”nə baş çəkiblər. Həmçinin futbolçular və "Forza Neftçi” fan-qrupunun üzvləri aztəminatlı ailələrə ərzaq yardımı edib.
"Neftçi"nin rəsmi səhifəsi aksiyadan çəkilən fotoları paylaşıb. Buradan aydın olur ki, fitnes məşqçisi Kamil Zeynallı də paytaxt klubunun nümayəndələri arasındadır.
Onun "Neftçi" ilə nə əlaqəsi? Bilməyənlərin diqqətininə çatdırırıq ki, Kamil vaxtilə futbolda ilk addımlarını "ağ-qaralar"ın düşərgəsində atıb və aşağı yaş qrupları üzrə komandaların heyətində Azərbaycan çempionatında çıxış edib.
Oxşar xəbərlər
Kamil Zeynallının vəkili danışdı: "Sərt cəza verilib"
"Neftçi" yardım aksiyasına qoşuldu - FOTO
İdmançı Kamil Zeynallı yardımların məbləğini açıqladı - VİDEO
Evinə qayıda bilməyən Pərviz Bakıya zəng etdi - FOTO
İdmançı Kamil Zeynallı verilişdən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası