Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sərbəst güləşçilərimiz turniri ikinci sırada tamamladı
İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. Sportfm.az Güləş federasiyasının rəsmi saytına istinadə xəbər verir ki, sərbəst güləşçilərin yarışında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıb. Turnirdə iştirak edən sərbəst güləşçilərimiz qrup görüşləri zamanı Qırğızıstanı 8-2, Gürcüstanı 9-1, Ermənistanı 9-1 məğlub edib. Ukrayna güləşçiləri ilə 5-5 hesablı bərabərlik qeydə alınsa da xalların keyfiyyətinə görə 22-18 qələbə qazanan güləşçilərimiz qrupun lideri kimi finala vəsiqə qazanıb. Final görüşündə yerli İran idmançılarına 7-3 hesabı ilə uduzan güləşçilərimiz turnirin gümüş medallarına sahib olub. Yekun sıralamada İran birinci, Azərbaycan ikinci, Ukrayna yığması isə üçüncü yerdə qərarlaşıb.
Yunan-Roma güləşçilərinin yarışında Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan komandaları mübarizə aparıb. Yunan-Roma yığmamızın üzvləri qrup yarışlarında İranın 2 komandasına məğlub olub. Əvvəlcə Türkmənistanı 10-0, ardınca Qırğızıstanı 9-1 üstələyən güləşçilərimiz turnirin yekun sıralamasında 9-cu yerdə qərarlaşıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.
Oxşar xəbərlər
Yunan-Roma güləçilərimiz birinci, sərbəstlər ikinci oldu - İranda
Yığmamız Rusiyaya qarşı - VİDEO
"Alrosa Kubok"un nəticələri
Güləşçilərimiz Qitələrərarası Kuboku uğrunda yarışacaq
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.jpg)





Misli Premyer Liqası