Futbolçunun dördüncü testi də müsbət çıxdı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.
Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib.
Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır.
Argentinalı forvard antikorların olub-olmaması üçün qan analizi verəcək. Belə bir hal aşkarlansa, həkimlər daha bir müalicə kursu təyin edəcəklər.
Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra koronavirusa görə dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. Paulo Dibala 2015-ci ilin yayından “Yuventus”da çıxış edir. Daha öncə Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.
Oxşar xəbərlər
Dibala “Yuventus”dan ayrıldı - RƏSMİ
“Yuventus”da daha bir yoluxma - Testi pozitiv çıxdı
Dibala ilə yeni müqavilə - “Yuventus”da
"Yuventus"un futbolçusu koronavirusa qalib gəldi
“Yuventus” məşqləri bərpa etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası