reklam
Teymur Rəcəbov qalib gələ bilmədi
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov qalib gələ bilmədi


Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb.

Sportfm.az xəbər verir ki, qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə "sülh" bağlayıb.

Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır.

Oxşar xəbərlər

Teymur Rəcəbov 5 görüşdə heç-heçə etdi - "Opera Euro Rapid"
Teymur Rəcəbov 5 görüş keçirəcək - "Opera Euro Rapid"
Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
Teymur Rəcəbov pley-offa vəsiqə qazandı - "Skilling Open"
Teymur Rəcəbov üçün növbəti turnir - Onlayn Millətlər Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər