"Qəbələ"nin avrokuboklardakı bombardiri
“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.
2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.
2-ci sırada Teo Uiksdir. "Qəbələ"nin avrokubokdakı yeganə het-trikinin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.
Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.
1. Sergey Zenyov - 6
2. Teo Uiks - 5
3. Dodo - 4
4-6. Filip Ozobiç - 3
Baqali Dabo - 3
Cavid Hüseynov - 3
Oxşar xəbərlər
Konfrans Liqasında debüt
“Qəbələ”nın kubokdakı bombardirləri - SİYAHI
Viktor Mendidən Rəşad Yusubova qədər
“Qarabağ”la “Qəbələ”nin 49-cu dueli
Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası